İstehsal

Alüminium İZO sistem

Alüminium İZO sistem

Alüminium İZO sistemləri hər bir binanın mühüm elementlərindəndir. Alüminium İZO sistemin bir çox xüsusiyyətləri vardır. Onlar uzunömürlü, möhkəm, ekoloji cəhətdən təmiz, paslanmaya davamlı, istifadəsində rahat və təhlükəsizdir. Bu sistem müxtəlif yerlərdə istifadə oluna bilər: binaların girişlərində, qış bağçalarında, ofislərdə və s. Özünə xas dizaynı və güclü izoliyasiya xüsusiyyətlərinə malik olan Alüminium İZOSİSTEM pəncərə və qapı sistemi xarici mühit ilə vizual təmasınızı 90% nisbətinə çatdıra bilir. İki alüminium arasındakı plastik kütlə (dielektrik qatı) sayəsində çöl və iç metalın bir-biri ilə əlaqəsi tam olaraq kəsilir, istilik və səs izoliyasiyası əmələ gəlir ki, nəticədə həm səs keçirgənliyi, həm temperatur itirilməsi, həm də profilin tərləməsinin qarşısı alınmış olur. İZO sistem profilləri müxtəlif qalınlıqlı çərçivə genişliyinə malikdir. İZO sistemin digər pəncərə sistemlərindən üstün cəhəti odur ki, deformasiyaya uğramır, küncləri press (kley) vasitəsi ilə pərçimlənir, 3 qat rezin sisteminə malikdir, ekoloji təmizdir, 3 qat şüşə paket və şüşə arası jalüzləri dəstəkləyir.

Alüminium Fasad (Vitraj)

Alüminium fasad örtüklərinə müasir memarlıqda geniş yer ayrılır. Alüminium fasadlar həm mükəmməl xarici görkəminə, həm də möhkəmlik və təhlükəsizlik kimi xüsusiyyətlərinə görə seçilir. Bu cür fasad sistemləri binanı müxtəlif xarici faktorlardan qoruyur və uzun müddət gözəl görkəmini saxlaya bilir. Bu gün həm dünyada, həm də ölkəmizdə alüminium fasadların istifadəsi geniş miqyas alıb. Alüminium fasadlar həm möhkəm, həm etibarlı, həm də təhlükəsizdir. Alüminium polad və mislə müqayisədə qat-qat yüngül materialdır. Bir çox zövqlü insanlar fasad örtüklərinin möhkəm və gözəl olmasından savayı, onun daha az çəkiyə sahib olmasına da önəm verir. Məhz bu özəlliyinə görə, alüminium fasad örtükləri ən çox önəm verilən materiallar sırasındadır.

Alüminium fasad panelləri adətən binaların üzlənməsi üçün istifadə olunur. Belə olan təqdirdə "havalandırılan fasad" təmin edilir. Alüminium fasadların bir çox üstünlükləri var. Ən əsas üstünlüklər isə havanın hərarətinin qalxıb-enməsinə qarşı yüksək davamlılıq və binanın təbiət hadisələrinin (qar, yağış, şaxta) təsirindən qorunmasıdır. Alüminium fasadla üzlənmiş binanın ömrü daha da uzun olur. Alüminiumun digər üstünlüyü isə mexaniki təsirlərdən də yüksək səviyyədə qorunmasıdır. Müxtəlif rəng seçimlərini də alüminium fasadların üstünlükləri sırasına daxil etmək olar. Çünki bu rənglər ən müxtəlif zövqləri təmin edəcək dərəcədə zəngindir.
Alüminium Fasad (Vitraj)
Pəncərə və qapı (PVC)

Pəncərə və qapı (PVC)

Müasir PVC qapı və pəncərə sistemləri daimi təkmilləşən istehsal və quraşdırılma texnologiyalarına görə, həmçinin, keyfiyyət səviyyəsi və interyerdə sahəyə qənaətinə görə getdikcə daha da məşhurlaşırlar. Bizim şirkət lodjiaların, eyvanların şüşələnməsi üçün PVC-dən qapı və pəncərə kontruksiyaları istehsal edir və quraşdırır. Bura, həmçinin, PVC-dən hazırlanmış ara qapıları da daxildir. Bütün məhsullar ciddi keyfiyyət yoxlanışı keçirlər. Qapı və pəncərə sistemlərinin istehsalı, çatdırılması, quraşdırılması standartlara tam uyğun olaraq həyata keçirilir, bu da öz növbəsində bizim məhsulun uzunömürlü olacağının zəmanətidir.

PVC-nin xüsusiyyətləri: hava şəraitlərinə qarşı mükəmməl dayanıqlıdır, inşaat materiallarının PVC üzərində bir təsiri yoxdur, çürüməz, paslanmaz, duzlu, günəşli şəraitlərdə PVC daha istifadəyə yararlıdır, özündən sönmə xüsusiyyətinə malikdir. Kimyəvi maddələrə qarşı dayanıqlıdır, kif bağlamaz, PVC üzərində bakteriya inkişaf etməz. Bu üzdən xəstəxanalar, qida sənayeləri kimi təmizliyin daha çox önəmsəndiyi yerlərdə mükəmməl bir çarədir. Asan təmizlənir və təmizliyə az vaxt sərf olunur.

Əlaqə

Telefon
Ünvan
E-mail
(+99450) 223 00 23
(+99450) 223 00 23
(+99450) 223 00 23
Bakı şəhəri, Xətai rayonu,
Mehdi Mehdizadə küçəsi 54.
info@lendexunit.az
Distribyutorluq:
Capital PlazaCapital City